Söz birləşmələri

1.Söz birləşmələri ilə bağlı səhv fikirləri müəyyən edin:
A) Söz birləşmələrinin tərəfləri azı iki müstəqil nitq hissəsi olmalıdır.
B) Mürəkkəb adlar söz birləşməsi deyil
C) Əsas tərəf birinci tərəf ,aslı tərəf ikinci tərəfdir
D) Quruluşca sadə və  mürəkkəb olurlar
E)” Mən gələndə” birləşməsi feili birləşmədir

2..Aşağıdakı şeirdə fərqləndirilmiş söz birləşməsi ilə bağlı yanlış fikirləri seçin:
     Mənim yaratdığım bu sadə əsər,
     Sənin  şöhrətinlə  bir dastan olsun
A)İsmi birləşmədir
B) Əvəzlik+isim sxeminə uyğundur
C)Aslı tərəfi əvəzliklə ifadə olunub.
D)Aslı tərəf ikinci,əsas tərəf birincidir
E)Əsas tərəf isimdir.

3.Zərf+Feili bağlama sxeminə uyğun gələn söz birləşməsini müəyyən edin:
A)Mən qayıdanda
B)Dünən danışan
C)Kitab oxumaq
D)Dünən qayıdarkən
E)Onun oxumağı

4.Nöqtələrin yerini  doldurun:
Onun qələmi……. birləşmədir,çünki..…
Biz oxuyanda……birləşmədir,çünki……
Kitab oxumaq….birləşmədir,çünki……
Ana Vətən……birləşmədir,çünki…

5.Aslı tərəfi sifətlə ifadə olunan ismi birləşməni seçin:
A)Ucadan danışan
B) Danışan qız
C)Yaşıl şar
D)Mən oxuduqca
E)Çantanın qırmızısı

6. Düzgün yazılan mürəkkəb adı  seçin
A)Bakı dövlət universiteti
B)”Xiyabani” küçəsi
C)Azərbaycan prezidenti yanında dövlət idarəçilik Akademiyası
D) Mirzə Fətəli axundov
E) Murov  Kəndi

7..Aşağıdakı söz birləşmələrini müvafiq olaraq qruplaşdırın:
 Qırmızı don; Mənim qələmim; bu kitab; üç kitab; dərsini oxumaq; həyətdə qaçmaq; evə gedərkən,
Dərsdən qaçanda;,Nərgiz  gülərkən

Əsas tərəfi isimlə ifadə olunanlar:

Aslı tərəfi əvəzliklə ifadə olunanlar:

Əsas tərəfi feili bağlama ilə ifadə olunanlar:

Əsas tərəfi məsdərlə ifadə olunanlar:
8.Dostumla birgə evə sarı getdik” cümləsində söz birləşməsi hansıdır?
A) dostumla birgə evə sarı
B) yoxdur
C) dostumla birgə
D) evə sarı
E) dostumla evə sarı

9.Aşağıdakılardan biri söz birləşməsi deyil:
A) C)incə sənət
B) A)bir kitab
C) E)xalça toxumaq
D) B)daxil olmaq
E) D)yol kənarı

10.Necə birləşmələr söz birləşməsi sayılmır?
A) sayın qarşısında işlənən
B) felin qarşısında işlənən
C) köməkçi sözlə işlənən
D) ismin qarşısında işlənən
E) sifətin qarşısında işlənən

1 yorum: