Feilin vacib şəkli
1.Felin vacib şəkli haqqında fikir səhvdir?
A)Zaman şəkilçisi qəbul etmir
B)Felin vacib şəklinin xüsusi qrammatik əlaməti yoxdur
C)Məzmununda gələcək zaman anlayışı olur
D)Felin vacib şəkli hərəkətin icrasının vacibliyini göstərir
2.“ Səlim ağa bilirdi ki, yüksək zümrənin sıralarına qalxdığı ilk zamanlarda bütün varlığı ilə borclu olduğu adamlara xidmət etməlidir ” nümunəsində felin hansı şəkli işlənmişdir?
A) Lazım
B) Vacib
C) Arzu
D) Xəbər
3.Felin vacib şəkli haqqında aşağıdakılardan biri düzdür:
A) Xüsusi qrammatik əlaməti yoxdur
B) Məzmununda gələcək zaman anlayışı olmur
C) Zaman şəkilçisi qəbul edir
D) Felin bu şəkli – malı, - məli şəkilçisi ilə düzəlir
4.Hansı nümunədə felin vacib şəkli işlədilmişdir?
A) Qışın soyuq nəfəsi gəlir
B) Onların dostları ilə dost, düşmənləri ilə düşmən olmalıdır
C) Uşaqlar qaçırlar ki, yoldaşlarına çatalar
D)Solmaz məni tanıyır
5.Felin vacib şəkli haqqında fikir səhvdir?
A)Məzmununda gələcək zaman anlayışı olur
B)Felin vacib şəkli çox vaxt gərək sözü ilə işlənir
C)Felin vacib şəkli zaman şəkilçiləri qəbul etmir və zamanlar üzrə dəyişmir
D) Xüsusi qrammatik əlaməti var
6.Hansı nümunədə vacib şəklində olan feil var?
A)Çalmalı qadın bizə yaxınlaşırdı
B) Bazarın sahibi uzunboğaz çəkməli olan adamdır.
C)Solmaz mütləq bu kitabları oxumalıdır.
D)Onun gözləri sürməlidir.
7.Səhv olanı seçin:
A)Vacib şəkli işin,hərəkətin zəruri olduğunu bildirir.
B)Vacib şəklinin inkarı yalnız deyil sözünün köməyi ilə düzəlir
C)Vacib şəklində olan feil zamana görə dəyişmir
D)Şəxsə görə dəyişə bilir
8.Vacib şəklində olan feilləri seçin:
A)Yazmalıyıq
B)Danışırdıq
C)Bilsən
D)Danışacaq
9.Vacib şəklində olan feilləri seçin:
A)Danışmalısan
B)Görəndə
C)Düşünsən
D)Məktəbli
10.Aşağıdakılardan hansı feil deyil?
A)öyrəndi
B)yavaşca
C)danışır
D)gələcək
11.Vacib şəklini xəbər şəklindən fərqləndirən xüsusiyyət hansıdır?
A)Xəbər şəkli şəxsə görə dəyişir,vacib şəkli dəyişmir
B)Xəbər şəkli şəxsə görə dəyişmir,vacib şəkli dəyişir
C)Xəbər şəkli zaman şəkilçisi qəbul edir,vacib şəkilçisi qəbul etmir
D)Xəbər şəkli inkarda işlənmir,vacib şəkli inkarda işlənir
Hiç yorum yok:
Yorum Gönder