30 Nisan 2020 Perşembe

Fonetika və leksika 1

1. a, e, o saitlərini birləşdirən nədir?
A) Qalın saitlərdir.                          
B) Açıq saitlərdir.             
C) Dodaqlanmayan saitlərdir          
D) İncə saitlərdir


2. Dörd cür yazılan şəkilçilərin tərkibində işlənməyən saitlər hansılardır?
1. [ö]      2. [i]     3. [o]    4. [e]       5. [u]
A) 1, 3, 5                          B) 2, 3, 5               
C) 1, 3, 4                          D) 3, 4, 5


3. Hansı sözdə tələffüz zamanı səslərin sayı hərflərin sayından çox olmur?
A) zəif                              B) radio                 
C) neftçi                           D) əmrlər     


4. Hansı sırada yalnız kar samitlər işlənmişdir?
A) p, z, s, d                       B) s, t, l, m            
C) s, p, x, h                       D) t, , r, h


5. İncə saitlər hansı sıradadır?
A) a, ı, o, u                      B) ı, i, u, ü             
C) o, u, ö, ü                    D) e, ə, i, ö, ü


6. Aşağıdakı sözlərin hansında ahəng qanunu pozulub?
1. dəvəquşu    2. mağaranın     3. arasında      
4. avtomatik         5. elçilik
A) 1, 4                              B) 2, 3, 5                
C)3, 5                               D) 2, 4, 5 

7. Hansı samit cütlüyü səhv göstərilmişdir?
A) [b] – [p]                       B) [g – k]         
C) [q – x]                          D) [v] – [f] 

8. “Ahıl” sözünün sinonimi hansıdır?
A) ağıllı          B) gənc         C) mərd          D) yaşlı

9. Çoxmənalı sözlər cərgəsini göstərin.
A) ürək, gül                        B) baş, göz              
C) göl, ölkə                        D) ayaq, insan


10. Hansı söz termindir?
A) üzümçülük                     B) lətafət               
C) morfologiya                   D) maaş


11. Omonim sözü tapın:
A) su      B) kağız       C) ətək          D) sürü


12. “Fayda” sözünün sinonimidir:
A) xeyirli                         B) lazımi       
C) səmərə                        D) vacib

13. Sözlərdən biri arxaizmdir: 
A) spiker    B) baqqal    C) razı      D) flora

14. Hansı cütlük antonim deyil?
A) böyük – hündür        B) gecə – gündüz   
C) yer – göy             D) gülmək – ağlamaq 

15. Sözlərdən biri quruluşca sadədir:
A) ölçü      B) diri      C) yazı       D) qorxu


16. Bu sözlərdən birində əvvəlcə qrammatik, sonra leksik şəkilçi işlənmişdir:
A) görüntü                       B) yaşıllıq            
C) bizimki                       D) əkinçilər

17. Dörd cür yazılan şəkilçilərin tərkibində hansı saitlər işlənir?
A) ı, i, u, ü saitləri            B) bütün saitlər      
C) u, a, ü, e saitləri          D) incə saitlər

18. Hansı söz başlanğıc formada verilmişdir?
A) yataqxanalar               B) sınaq                
C) görəndə                       D) qalaya


19. Hansı mürəkkəb sözdür?
A) sülhsevər                     B) silahdaş      
C) qazanxana                    D) vətənpərvər


20. Mürəkkəb sözlərin yazılışında istifadə olunur:
A) vergüldən                     B) defisdən         
C) iki nöqtədən                 D) tiredən                      

Feilin vacib şəkli

1.Felin vacib şəkli haqqında fikir səhvdir?

A)Zaman şəkilçisi qəbul etmir

B)Felin vacib şəklinin xüsusi qrammatik əlaməti yoxdur

C)Məzmununda gələcək zaman anlayışı olur

D)Felin vacib şəkli hərəkətin icrasının vacibliyini göstərir


2.“ Səlim ağa bilirdi ki, yüksək zümrənin sıralarına qalxdığı ilk zamanlarda bütün varlığı ilə borclu olduğu adamlara xidmət etməlidir ” nümunəsində felin hansı şəkli işlənmişdir?

A) Lazım

B) Vacib

C) Arzu

D) Xəbər


3.Feilin vacib şəkli haqqında aşağıdakılardan biri düzdür:

A) Xüsusi qrammatik əlaməti yoxdur

B) Məzmununda gələcək zaman anlayışı olmur

C) Zaman şəkilçisi qəbul edir

D) Felin bu şəkli – malı, - məli şəkilçisi ilə düzəlir


4.Hansı nümunədə felin vacib şəkli işlədilmişdir? 

A) Qışın  soyuq nəfəsi gəlir

B) Onların dostları ilə dost, düşmənləri ilə düşmən olmalıdır

C) Uşaqlar qaçırlar ki, yoldaşlarına çatalar

D)Solmaz məni tanıyır


5.Felin vacib şəkli haqqında fikir səhvdir?


A)Məzmununda gələcək zaman anlayışı olur

B)Felin vacib şəkli çox vaxt gərək sözü ilə işlənir

C)Felin vacib şəkli zaman şəkilçiləri qəbul etmir və zamanlar üzrə dəyişmir

D) Xüsusi qrammatik əlaməti var




6.Hansı nümunədə vacib şəklində olan feil var?

A)Çalmalı qadın bizə yaxınlaşırdı

B) Bazarın sahibi  uzunboğaz  çəkməli olan adamdır.

C)Solmaz mütləq bu kitabları oxumalıdır.

D)Onun gözləri sürməlidir.


7.Səhv olanı seçin:

A)Vacib şəkli işin,hərəkətin zəruri olduğunu bildirir.

B)Vacib şəklinin inkarı yalnız deyil sözünün köməyi ilə düzəlir

C)Vacib şəklində olan feil zamana görə dəyişmir

D)Şəxsə görə dəyişə bilir


8.Vacib şəklində olan feilləri seçin:

A)Yazmalıyıq

B)Danışırdıq

C)Bilsən

D)Danışacaq


9.Vacib şəklində olan feilləri seçin:

A)Danışmalısan

B)Görəndə

C)Düşünsən

D)Məktəbli


10.Aşağıdakılardan hansı feil deyil? 

A)öyrəndi

B)yavaşca

C)danışır

D)gələcək


11.Vacib şəklini xəbər şəklindən  fərqləndirən xüsusiyyət hansıdır?

A)Xəbər şəkli şəxsə görə dəyişir,vacib şəkli dəyişmir

B)Xəbər şəkli şəxsə görə dəyişmir,vacib şəkli dəyişir

C)Xəbər şəkli zaman  şəkilçisi qəbul edir,vacib şəkilçisi qəbul etmir

D)Xəbər şəkli inkarda işlənmir,vacib şəkli inkarda işlənir