Feilin lazım şəkli

1.Feilin lazım şəkli  hansı nümunədə işlənmişdir? 
A) O bu universitetin tələbəsidir.
B) O bu evdə qalasıdır
C)Məktəb açılasıdır
D)Səlimə Günayın rəfiqəsidir

2.Feilin vacib şəkli ilə lazım  şəklini müqayisə edin.Onların hansı oxşar və fərqli cəhətləri var?


3.Lazım şəklində olan feili seçin
A)Bilsək
B)Oxuyası
C)Nənəsi
D)Tələbəsi


4. Nümunədə feillərin hansı şəkilləri işlənmişdir? 
1.O bu işə razı olasıdır.
2.O bu işə razı olmalıdır.
3.O bu işə razı olar.
4.O kaş bu işə  razı ola.



5.“Bu gün axşam qonaqlar gəlməyəsidir” cümləsində hansı  səhvlik görürsünüz?


6.Biri ardıcıllığı pozur
1.Oxuya
2.Oxu
3.Oxumalı
4.Oxumaq 
5.Oxuyur
A)1 B)2 )4  D)5



7. Lazım şəklinin şəkilçisi hansıdır?
A) -sa,-sə
B) -ası,-əsi
C) -al,-əl
D) -a,-ə
E) -maq


8.Feilin lazım şəklinə aid olanlardan biri yanlışdır:
A)Feilin lazım şəkli nitqdə ən az işlənən feil şəklidir
B)- ası² şəkilçisi vasitəsilə düzəlir
C)Feilin lazım şəkli nitqdə ən çox işlənən feil şəklidir
D)Feilin lazım şəkli hərəkətin icrasının lazım olduğunu bildirir



9.Feilin lazım şəkli haqqında fikirlərdən biri düzgündür:
A)Lazım şəkli zaman şəkilçisi qəbul etmir və zamanlar üzrə dəyişmir
B)Formal əlaməti var, - malı² şəkilçisi vasitəsilə düzəlir
C)Feilin lazım şəkli arzu, istək bildirir
D)Məzmununda gələcək zaman anlayışı 
 yoxdur



10.Feilin lazım şəklinə aid olanlardan biri səhvdir:
“O bu elin sonasıdır, həmişə  burada qalasıdır” cümləsində neçə dənə lazım şəklində olan feil  var?
A) 3
B) 5
C) 2
D) 1



11. -ası² şəkilçisi aşağıdakılardan hansının əmələ gəlməsində iştirak edir?
A) Feilin şərt şəklinin
B) Feilin vacib şəklinin
C) Feilin lazım şəklinin
D) Feilin arzu şəklinin


12.Feilin lazım şəkli haqqında aşağıdakılardan biri səhvdir:
A)Məzmununda gələcək zaman anlayışı var
B)Xüsusi qrammatik əlaməti yoxdur
C)Feilin lazım şəkli zaman şəkilçisi qəbul etmir
D)Feilin lazım şəkli hərəkətin icrasının lazım olduğunu bildirir


13.Lazım  şəklində olan feili seçin:
A)Qələbəsidir
B)Tələbəsidir
C)Öyrənəsidir
D)Nəvəsidir


14.Lazım şəklinin inkarı hansı bənddə doğru işlənmişdir?
A)Danışasıyam
B)Sevinməyəsiyəm
C)Sevinəsi deyiləm
D)Tələbəsi deyilik


6 yorum:

  1. Cavab Hara yazaq

    YanıtlaSil
  2. cavabbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbb??????????????????????????????????

    YanıtlaSil
  3. çox maraqlı suallar tərtib etmisiniz.

    YanıtlaSil
  4. Cavablar hanı?

    YanıtlaSil
  5. Cavablar hani bunu bir yazanda cavablarinida yazin

    YanıtlaSil