Fonetika və leksika 2

1. Aşağıda  verilən  əlamətlər  qarşısında  müvafiq  saiti  yazın.
  İncə ,dodaqlanan , açıq -


2.  Hansı  cümlələrdə  bütün  sözlər  ahəng  qanununa  tabedir?
A) Çayın  kənarındakı  meşədən  qəribə  səslər eşidildi .         B)Baharın  gəlişi  ilə  təbiət  oyandı      
C) Xalqımız  torpaq  uğrunda  vuruşanları  unutmur .          
 D) Nailə  bağçadakı  çiçəklərə  heyranlıqlatamaşa  edirdi.


3. Hansı  cümlədə  “ o ”  ilə yazılıb  , “ a ”  kimi tələffüz  edilən  söz  işlənib  ?
A) Müğənnilər  konsert  verməyə  hazırlaşırlar             
B) Meşədə  azan  uşaqlar  kompas  vasitəsilə  yolu  tapdılar.   
C)   Bütün  dünyada  olduğu  kimi , Azərbaycanda  da  kosmosla  bağlı  tədqiqatlar  aparılır .   


4.Başına  əlvan  güllərdən  çələng  qoymuş  gənc  qız  səhəngini  su  ilə  doldurub  kəndə  sarı  addımladı ”cümləsində  neçə  sözdə  “g”  hərfi  [ k ] kimi  tələffüz  olunur?
A)     3                    B)  1                           C)     4                   D)   2    


5.Hansı    sözdə k - y əvəzləməsi  baş  verib  ?
A)     küləyə        B)  kürəyə     C)      kirpiyə          D) dəliyə


6. Hansı  cərgədəki  bütün  sözlərin  son  samiti “q ” ilə  yazılmalıdır? 
A) [ çarx] , [ marax ]  , [ sağlıx ]
B)  [ balıx ] , [ məntik ] , [ çarıx ]
C) [ layik ] , [ yumuşax ] , [ rəng ] 
D)   [ otax ] ,   [ qarışıx ],  [ sumax ]


7.Dörd  sözdən  biri  iki  “y” ilə  yazılır  ?
A)   [ töfsiyə ]           
B)   [ ehtiyat ]              
C)   [ tərbiyə ]             
 D)  [ əhəmiyət ]













8. Soyuq  sözünü   cümlələrdə  həm  həqiqi , həm  məcazi









  mənada  işlədin.


9.“ Zindan “   sözünü  hansı cümlədə   “ həbsxana “     sözü  ilə  əvəz  etmək  olar?
A) Padşah  əmr  elədiki , dərvişi  zindana  salsınlar.        B)   Dəmirçi  qılıncıkürədən  çıxarıb  zindana  qoydu .



10. Aşağıdakı söz  qruplarının  hansında  alınma  sözlər daha  çoxdur ?
A)  qohumluq  bildirən  sözlər                   
B)   heyvan  adları         
 C)   bədən  üzvlərini  bildirən   sözlər     



11. Hansı bənddə eyni nitq hissəsinə aid olan omonim verilmişdir ?
A)  yaş         B)   sarı        C) əqrəb           D) sağ


12. Hansı  alınma söz  həmdə  termindir ?
 A)  biznesmen     B)   süjet        C)  market             D) ofis


13. Vurğusu  son  hecaya  düşən  hansı  sözdə  - lə şəkilçi  kimi  işlənmişdir ?
A)  güllə         B)   səslə      C)   itələ       D) gizlə  


14. Hansı  atalar  sözündə  omonim  işlənmişdir ?
ASu  kiçiyindir, yol  böyüyün            
B) Doşab  almışam , bal  çıxıb    
 C) Abbasını  bəyənməyən  beş  şahı  çıxardır .            


15. Hansı  atalar  sözündə  antonim  sözlər işlənmişdir ?
      
A)  Su  kiçiyindir , yol  böyüyün .                
  B)   Doşab  almışam , bal  çıxıb .Abbasını  bəyənməyən  beş  şahı  çıxardır .            
16. Hansı  atalar  sözündə  arxaizm  işlənmişdir ?
A)  Su  kiçiyindir, yol  böyüyün         
B)   Doşab  almışam , bal  çıxıb  
C) Abbasını  bəyənməyən  beş  şahı  çıxardır .            




17. Hansı  cingiltili  samitlərin  kar  qarışığı  yoxdu      


18. Hər  bir  sıranı  tamamlayan  saiti  müyyən  et.                                                                   
     1. u , a , ı , _____       2.   ə , a , i , e , _____       3.    e , o , a , ö , _____


19.Hansı sözün sonunda cingiltili samiti kar qarşılığı ilə əvəz etdikdə yeni söz yaranar?
A) sənəd                 B) qanad            C) palıd           D) söyüd



20.Hansı sözün son samiti “z” olmalıdır?
A) tənəffü...             B) tələffü...         C) həssa...      D) bəh...


1 yorum: